Tursam
728x90

İran səfiri Naxçıvana səfər edib

İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə Naxçıvan Muxtar Respublikasına səfər edib. Səfirlikdən APA-ya verilən məlumata görə, səfir Naxçıvan Ali Məclisin sədri Vasif Talıbovla görüşüb. Səfir inkişaf etməkdə olan ikitərəfli əlaqələrdən söhbət açaraq fəaliyyəti dövründə bu əlaqələrin daha da inkişafına səy göstərəcəyini bildirib. O, Naxçıvanın Azərbaycan, həmçinin İran üçün nə dərəcədə əhəmiyyətli olduğunu vurğulayaraq Naxçıvanı Azərbaycanın giriş […]

İran səfiri Naxçıvana səfər edib
15 November 2016 - 0:09

İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə Naxçıvan Muxtar Respublikasına səfər edib.
Səfirlikdən APA-ya verilən məlumata görə, səfir Naxçıvan Ali Məclisin sədri Vasif Talıbovla görüşüb. Səfir inkişaf etməkdə olan ikitərəfli əlaqələrdən söhbət açaraq fəaliyyəti dövründə bu əlaqələrin daha da inkişafına səy göstərəcəyini bildirib.
O, Naxçıvanın Azərbaycan, həmçinin İran üçün nə dərəcədə əhəmiyyətli olduğunu vurğulayaraq Naxçıvanı Azərbaycanın giriş qapısı adlandırıb. Səfir Naxçıvanın son illər daha da inkişaf etdiyini bildirib, Azərbaycanda həyata keçirəcəyi layihələr və iş planı barədə məlumat verib. Cavad Cahangirzadə Vasif Talıbovun Tehrana planlaşdırılan səfərinin qarşılıqlı əlaqələrin inkişafında müsbət təsir göstərəcəyini vurğulayıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov səfirin fəaliyyəti dövründə əlaqələrin daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib və İranın Naxçıvandakı Baş Konsulluğunun səmərəli fəaliyyəti üçün təşəkkür edib. O, Naxçıvanı iranlıların digər evi adlandırıb və Naxçıvan əhalisi ilə İran əhalisi arasında mövcud olan əlaqələrin qohumluq və dostluq əlaqələri olduğunu diqqətə çatdırıb.
Səfir Naxçıvana səfəri çərçivəsində Heydər Əliyev muzeyi, Naxçıvan biznes mərkəzi, Ordubad rayon tarix diyarşünaslıq müzeyində olub və Ordubad- Marazad SES-nın tikiləcəyi ərazi ilə tanış olub, həmçinin Naxçıvan MR-in iqtisadiyyat naziri Famil Seyidovla görüşüb.

Açar sözlər:
XƏBƏR HAQQINDA FİKRİNİZİ BİLDİRİN

Bu xəbərə şərh yazmaq mümkün deyil.

SON XƏBƏR
OXŞAR XƏBƏRLƏR