Tursam
728x90

Lex Kaçinskinin qalıqları eksqumasiya olunacaq

2010-cu ildə Rusiyanın Smolensk vilayəti ərazisində baş vermiş təyyarə qəzasında ölən Polşa prezidenti Lex Kaçinski və onun həyat yoldaşı Mariya Kaçinskinin qalıqları eksqumasiya olunacaq. APA-nın xəbərinə görə, bu barədə “Polşa radiosu” məlumat yayıb. Bildirilir ki, prosedur onların basdırıldığı Vavel qəsrinin turist və ziyarətçilər üçün bağlanmasından sonra bu gün yerli vaxtla axşam saat 18:00-a təyin olunub. […]

Lex Kaçinskinin qalıqları eksqumasiya olunacaq
15 November 2016 - 0:08

2010-cu ildə Rusiyanın Smolensk vilayəti ərazisində baş vermiş təyyarə qəzasında ölən Polşa prezidenti Lex Kaçinski və onun həyat yoldaşı Mariya Kaçinskinin qalıqları eksqumasiya olunacaq.

APA-nın xəbərinə görə, bu barədə “Polşa radiosu” məlumat yayıb. Bildirilir ki, prosedur onların basdırıldığı Vavel qəsrinin turist və ziyarətçilər üçün bağlanmasından sonra bu gün yerli vaxtla axşam saat 18:00-a təyin olunub.

Eksqumasiya ölümsəbəbinin araşdırılması və digər məsələlərə aydınlıq gətirmək üçün həyata keçirilir. Prosesdə prokurorlar, polis əməkdaşları və həlak olanların ailə üzvləri iştirak edəcək, lakin proses mediaya bağlı olacaq. Daha sonra qalıqlar beynəlxalq tibbi ekspertiza qrupuna təhvil veriləcək. Ekspertiza 4 gün davam edəcək və daha sonra qalıqlar yenidən basdırılacaq.

Xatırladaq ki, içərisində Polşa prezidenti Lex Kaçinski, xanımı Mariya Kaçinski və digər yüksək vəzifəli polşalı siyasətçilərin olduğu Tu-154M təyyarəsi 2010-ci il aprelin 10-da Smolenskdə qəzaya uğrayıb. Nəticədə təyyarədə olan 96 nəfərin hamısı ölüb. Polşanın indiki hökuməti bu hadisənin adi qəza olmasına şübhə ilə yanaşır.

Açar sözlər:
XƏBƏR HAQQINDA FİKRİNİZİ BİLDİRİN

Bu xəbərə şərh yazmaq mümkün deyil.

SON XƏBƏR
OXŞAR XƏBƏRLƏR