Tursam
728x90

Marneulidə azərbaycanlının evi yanıb

Marneuli şəhəri, Sulxan Seba Orbeliani küçəsində Təzəgül Əliyevaya məxsus fərdi yaşayış evi əşyaları ilə birlikdə tamamilə yanıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, ümumi sahəsi 86 kv. metr olan ev tamamilə yararsız hala düşüb. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğından bir gün sonra hadisə ilə əlaqədar Marneuli rayon icra hakimiyyəti tərəfindən xüsusi komissiya yaradılıb. Hazırda Marneuli […]

Marneulidə azərbaycanlının evi yanıb
14 November 2016 - 23:48

Marneuli şəhəri, Sulxan Seba Orbeliani küçəsində Təzəgül Əliyevaya məxsus fərdi yaşayış evi əşyaları ilə birlikdə tamamilə yanıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, ümumi sahəsi 86 kv. metr olan ev tamamilə yararsız hala düşüb. Hadisə zamanı xəsarət alan olmayıb.

Yanğından bir gün sonra hadisə ilə əlaqədar Marneuli rayon icra hakimiyyəti tərəfindən xüsusi komissiya yaradılıb. Hazırda Marneuli sakini olan azərbaycanlıya dəyən zərər hesablanır.

Gürcüstan parlamentinə yeni seçilən majoritar deputat Tamaz Naveriani evi yanan ailəyə baş çəkib. O, zərərçəkən ailənin bundan sonra onun tərəfindən kirayə haqqı ödəniləcək evdə yaşayacağı bildirilib. Qeyd edək ki, 3 azyaşlının yaşadığı Əliyevlər ailəsinin sosial vəziyyəti qənaətbəxş deyil.

Açar sözlər:
XƏBƏR HAQQINDA FİKRİNİZİ BİLDİRİN

Bu xəbərə şərh yazmaq mümkün deyil.

SON XƏBƏR
OXŞAR XƏBƏRLƏR