Tursam
728x90

Qubada minik avtomobili ilə yük maşını toqquşub, ölən var

Qubada ölümlə nəticələnən yol qəzası baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Quba rayonu, Pirvahid kəndi ərazisində “VAZ” markalı minik avtomobilin “MAN” markalı yük avtomobili ilə toqquşması nəticəsində yol nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə […]

Qubada minik avtomobili ilə yük maşını toqquşub, ölən var
14 November 2016 - 23:45

Qubada ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Quba rayonu, Pirvahid kəndi ərazisində “VAZ” markalı minik avtomobilin “MAN” markalı yük avtomobili ilə toqquşması nəticəsində yol nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1981-ci il təvəllüdlü Hüseynov Əzizağa Seyidağa oğlunun cəsədini çıxarıb və aidiyyatı üzrə təhvil veriblər. Əməliyyat saat 19:54-də başa çatıb.

Açar sözlər:
XƏBƏR HAQQINDA FİKRİNİZİ BİLDİRİN

Bu xəbərə şərh yazmaq mümkün deyil.

SON XƏBƏR
OXŞAR XƏBƏRLƏR