Tursam
728x90

Azərbaycan diaspor rəhbəri Moldovanın ali dövlət mükafatına layiq görülüb

Moldova Azərbaycanlıları Konqresinin sədri, iş adamı, xeyriyyəçi Vüqar Novruzov bu ölkənin ali dövlət mükafatına layiq görülüb. Vüqar Novruzov Moldovanın ali dövlət mükafatı – Respublika ordeni ilə təltif olunub. Bu barədə Diaspora.az-a Diasporla İş Üzrə Dövlət Komitəsindən məlumat verilib. Məlumata görə, Noyabrın 11-də Moldova Respublikasının Dövlət İqamətgahında mükafatn təqdimat mərasimi keçiriləcək. Respublika ordeni Moldovada vətənin və […]

Azərbaycan diaspor rəhbəri Moldovanın ali dövlət mükafatına layiq görülüb
15 November 2016 - 6:46

Moldova Azərbaycanlıları Konqresinin sədri, iş adamı, xeyriyyəçi Vüqar Novruzov bu ölkənin ali dövlət mükafatına layiq görülüb. Vüqar Novruzov Moldovanın ali dövlət mükafatı – Respublika ordeni ilə təltif olunub.
Bu barədə Diaspora.az-a Diasporla İş Üzrə Dövlət Komitəsindən məlumat verilib.
Məlumata görə, Noyabrın 11-də Moldova Respublikasının Dövlət İqamətgahında mükafatn təqdimat mərasimi keçiriləcək.
Respublika ordeni Moldovada vətənin və cəmiyyətin inkişafına naminə bütün sahələrdə xüsusi xidmətləri olan şəxslərə təqdim edilir.
Vüqar Novruzov 1962-ci ildə Azərbaycan Respublikasının Laçın rayonuda anadan olub. 1980-ci ildən Moldova Respublikasında yaşayan V.Novrizov Moldova Dövlət Universitetinin hüquq fakultəsinin məzunu, hüquq elmləri doktorudur. O, 1992-ci ildən biznes fəaliyyəti ilə məşğul olur, hazırda “Azmol Kompany” şirkətinin baş direktorudur.
Vüqar Novruzov 2004-cü ildən Moldova Azərbaycanlıları Konqresinin sədridir. Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü olan Vüqar Novruzov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.

Açar sözlər:
XƏBƏR HAQQINDA FİKRİNİZİ BİLDİRİN

Bu xəbərə şərh yazmaq mümkün deyil.

SON XƏBƏR
OXŞAR XƏBƏRLƏR