Tursam
728x90

Beynəlxalq Cinayət Məhkəməsi ABŞ-ı Əfqanıstanda hərbi cinayətlərdə ittiham edib

Beynəlxalq Cinayət Məhkəməsi ABŞ ordusu və Mərkəzi Kəşfiyyat İdarəsini Əfqanıstanda hərbi cinayətlər törətməkdə ittiham edib. APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə illik ibtidai istintaqın nəticələri barədə hesabat verən BCM-nin prokuroru Fatu Bensuda bildirib. “Mövcud məlumatlar ABŞ hərbçiləri, eləcə də MKİ əməkdaşlarının işgəncələrdən istifadə etdiklərini üzə çıxarıb. Amerikalılar lazımi məlumat əldə etmək üçün […]

Beynəlxalq Cinayət Məhkəməsi ABŞ-ı Əfqanıstanda hərbi cinayətlərdə ittiham edib
15 November 2016 - 5:22

Beynəlxalq Cinayət Məhkəməsi ABŞ ordusu və Mərkəzi Kəşfiyyat İdarəsini Əfqanıstanda hərbi cinayətlər törətməkdə ittiham edib.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə illik ibtidai istintaqın nəticələri barədə hesabat verən BCM-nin prokuroru Fatu Bensuda bildirib.

“Mövcud məlumatlar ABŞ hərbçiləri, eləcə də MKİ əməkdaşlarının işgəncələrdən istifadə etdiklərini üzə çıxarıb. Amerikalılar lazımi məlumat əldə etmək üçün məhbuslara qarşı zorakılıq hallarına yol verib və qəddar rəftar ediblər”, F.Bensuda qeyd edib.

Onun sözlərinə görə, amerikalılar tərəfindən törədilən hərbi cinayətlərin əsas hissəsi 2003-2004-cü illərə aiddir.

Açar sözlər:
XƏBƏR HAQQINDA FİKRİNİZİ BİLDİRİN

Bu xəbərə şərh yazmaq mümkün deyil.

SON XƏBƏR
OXŞAR XƏBƏRLƏR